Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2024 , 11:03

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Gəncə şəhəri üzrə “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət  Planının (SECAP) ilkin layihəsinin təqdimatı onlayn görüş vasitəsilə keçirildi. 

Gəncə şəhəri üzrə “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət  Planının (SECAP) ilkin layihəsinin təqdimatı onlayn görüş vasitəsilə keçirildi. 

 Bildiyiniz kimi, Gəncə şəhər Nizami Bələdiyyəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində dəstəklənən Merlər Razılaşması təşəbbüsünə qoşulmuşdur. Merlər Razılaşmasının məqsədi şəhər təsərrüfatında enerji effektivliyinin artırılması və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin hazırlanması və həyata keçirilməsidir. Həmçinin məlumat üçün bildiririk ki, Azərbaycan üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisi Azərbaycan Respublikasının Energetika Nazirliyidir.

   Bununla əlaqədar, Gəncə şəhəri üzrə “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət  Planının (SECAP) ilkin layihəsinin təqdimatı Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda Merlərin Razılaşması - Şərq və İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri  regional layihələrin həyata keçirilməsinə dəstək” Texniki Yardım layihəsi proqramı çərçivəsində təşkil olunan, 5 aprel 2024-cü il tarixində keçirilmişdir. 

  Onlayn görüşün əsas məqsədi,  Nərgiz Bağırlı Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdir müavini, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Ramilə Aslanova, Texniki Yardım layihəsinin komanda rəhbəri Vitold Sartorius, baş ekspertlər  Adel Murtada, Bilyana Çobanova və Gəncə şəhər Nizami Bələdiyyəsinin sədr müavini,  Gəncə şəhərin Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planın hazırlanmasına görə təyin olunmuş işçi qrupun rəhbəri Leyla Məmmədova tərəfdən   Gəncə üzrə SECAP-ın ilkin layihəsini təqdim etmək və Baza Emissiya İnventarının hazırlanmasında istifadə edilən və təklif edilən əsas yanaşmalar, təsirin azaldılması və uyğunlaşma məsələləri üzrə tədbirlərlə şəhər ictimaiyyətinə - Gəncə Şəhər İcra Hakimyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Gəncə şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncə şəhər Kəpəz Bələdiyyəsi, AMEA Gəncə Bölməsi, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Gəncə Şəhər Statistika İdarəsi, Gəncə "Sukanal" Törəmə Səhmdar Cəmiyyəti, Gəncə Regional Qaz İstismar İdarəsi, “Azəristiliktəchizat” ASC, Gəncə şəhər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şəxsi ictimai nəqliyyat operatorları, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Gəncə Regional Mərkəzi), Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə Regional İqtisadiyyat idarəsi, Gəncə Yaşıllaşdırma İdarəsi, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azə¬rbaycan Texnologiya Universiteti, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və s uyğun aidiyyatı qurumlara (maraqlı tərəflərə) məlumat vermək idi.  

Bu görüşdə, bütün digər rəyləri nəzərə alınmaqla Gəncə üçün SECAP-ı yekunlaşdırmağa imkan verəcək və sənədin son variantını 1,5 -2 aylıq müddət ərzində  yekunlaşdırıb hazır ediləcəkdir.  

Dəyərli və hörmətli ekspertlərimizə, aidiyyəti qurumlarının rəhbər və əməkdaşlarına sonsuz təşəkkürümüzü bildiririk!

Gəncə şəhər Nizami Bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər